İlham Əliyev Poroşenko ilə görüşəcək


15:11     22 Noyabr 2017 31527e28b7cfd2d161a68b65fec7b21e_1511334587.jpeg

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.

Femida.az “İnterfaks Azərbaycan”a istinadən xəbər verir ki, prezidentlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Azərbaycan prezidentinin Ukraynaya gözlənilən səfərinə hazırlıq da diqqət mərkəzində olacaq.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 617