Arvadını öldürüb qaçıran şəxs tutulub


15:56     22 Noyabr 2017 1447832334_hebs_0124.jpg

Oktyabrın 5-də Gədəbəy rayonu Arıqdam kəndində keçmiş həyat yoldaşını qətlə yetirib qaçan şəxs tutulub.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, keçmiş qayınatasının evində 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın boğazını kəsərək öldürən və daha sonra ərazidən uzaqlaşan Fariz Muxtarov Şəmkir rayonunda yaxalanıb. Onun bu müddət ərzində müxtəlif insanların evində gizləndiyi və son olaraq, babasının evinə getdiyi müəyyən edilib.

Qeyd edək ki, F.Muxtarovla keçmiş xanımı arasında alimentə görə münaqişə baş verib.

Onların 2 azyaşlı övladı qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 632