Gəncədə ana doğuş zamanı ölüb


17:03     22 Noyabr 2017 ana%20olumu.PNG

Gəncədə uşaq dünyaya gətirən ana vəfat edib.


Samux rayon sakini, 1988-ci il təvəllüdlü Gülmirə Sədrəddin qızı Eyyubova dünən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.

Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

Məlumata görə, bu, G. Eyyubovanın 3-cü övladı olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1024