İstanbulda kafe atəşə tutuldu - Yaralananlar var


17:28     22 Noyabr 2017 turkiye%20tecili0.jpg

Türkiyənin İstanbul şəhərində naməlum şəxslər kafeni atəşə tutublar.


Femida.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir. Atəş açan şəxslər qaçmağa nail olublar.

Məlumata əsasən, bütün yaralananlar Türkiyə vətəndaşlarıdır və yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Hazırda İstanbul polisi cinayətkarların axtarışını aparır.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 781