100 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs azadlıqda


23:11     22 Noyabr 2017 1398947325_mehkeme.jpg

Bu gün dələduzluqda təqsirləndirilən Qalib Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Q. Süleymanov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Q. Süleymanov tanışına qarşı ferma almaq adı ilə 100 min manatlıq dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham irəli sürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 761