Sarkisyanın yeni KARİKATURASI
21:25 22 Noyabr 2017
Ermənistanda məşhur terrorçu Monte Melkonyanın adını daşıyan hərbi-idman məktəbinin açılışı olub. Dilicanda baş tutan və terorrçunun 60 illiyinə həsr edilən açılış mərasimində prezident SerJ Sarkisyan da iştirak edib.
Məsələnin ən maraqlı tərəfi isə Sarkisyanın çıxışı zamanı dedikləridir. “Panoram.az” saytının yazdığına görə, Monteni “əfsanəvi qəhrəman” adlandıran Sarkisyan onun çox vətənpərvər, dürüst, vicdanlı və mədəni olduğunu söyləyib: “Heç kim hətta ən mürəkkəb vəziyyətlərdə belə, ondan söyüş və ya kobud söz eşitməyib. Onun işlətdiyi ən kobud söz “eşşək” idi...”
Bir prezidentin dilindən belə cümləni eşitmək sizə qəribə gəlməsin. Çünki Sarkisyanın prezidentliyi də əslində Melkonyanın “mədəniyyəti”, “vicdanlığı” və “dürüstlüyü” qədər absurd haldır. Eşşək məsələsində isə mübahisə etməyəcəyik. Bir halda ki, Sarkisyan Melkonyanın işlətdiyi ən kobud sözün eşşək olduğunu iddia edir, yəqin, bunu demək üçün ciddi əsası var. Bəlkə də öz təcrübəsindən çıxış edir...
Oxunub: 1315
Oxşar xəbərlər
- Sarkisyanın yeni vəzifəsi bəlli oldu
- Sarkisyanın baş nazir arzusu və “seçki fırıldağı”
- Sarkisyanın and içdiyi “İncil” Azərbaycandan aparılıb
- Sarkisyanın daimi nümayəndəsi də istefa verdi
- Sarkisyanın növbəti hiyləsi – Mülki şəxs müdafiə naziri oldu
- Sarkisyanın gülüşə səbəb olan raket hoqqası - KARİKATURA
- Sarkisyanın Putinə dediyi yalan - Faktlar
- Sarkisyanın sonu: Onun qarşısına 5 şərt qoyuldu
- Sarkisyanın müavini döyüldü
- Sarkisyanın Qarabağa səfərinin məqsədi