Bir gündə 107 cinayət - 21 nəfər tutulub


00:37     23 Noyabr 2017 cinay.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 779