Misirdə 29 nəfər saxlanıldı


02:39     23 Noyabr 2017 misir%20polis4.jpg

Misirdə Türkiyə adına casusluq etdikləri və terror təşkilatına qatıldıqları ittihamı ilə 29 nəfər nəzarətə götürülüb.


Ümumi Kəşfiyyat Xidmətindən edilən istintaqın nəticələrinə əsasən, saxlanılan şəxslərin Misirdəki "Müsəlman Qardaşlar" təşkilatının yenidən iqtidara gətirilməsi planına uyğun olaraq telefon danışıqları ilə Türkiyə kəşfiyyatına məlumat göndərdikləri iddia edilib.

Çirkli pulların yuyulması və lisenziyasız xarici valyuta ticarəti ilə məşğul olan şübhəlilərin hansı ölkə vətəndaşları olduqları qeyd edilməyib.

Xatırladaq ki, Misirdə 30 illik Hüsnü Mübarək rəhbərliyinin xalq üsyanıyla 2012-ci ildə devrilməsindən sonra "Müsəlman Qardaşlar" mənsubu Məhəmməd Mursi ölkənin ilk seçilmiş prezidenti olaraq iqtidara gəlmişdi.

Ankara və Qahirə arasındakı əlaqələr Mursinin 2013-ci ildə etiraz nümayişlərindən sonra hərbi çevrilişlə devrilməsindən sonra gərginləşmişdi. Misir hərbi çevrilişdən sonra "Müsəlman Qardaşlar" təşkilatının terror təşkilatı elan edərək, yüksək rütbəli üzvlərin çoxunu həbs etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 768