Nazir `Qarabağ`ın oyunundan danışdı
13:47 23 Noyabr 2017
““Qarabağ” çox yaxşı çıxış etdi. Mən komandamızın oyunundan razıyam. Heyf ki, referi 20-ci dəqiqədə oyunu tam dəyişdi. Buna görə də “Qarabağ”ın əziyyətinə heyfim gəldi”
Femida.az xəbər verir ki, bunu Report-a Azərbaycanın xarici işlər naziri və AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov Çempionlar Liqasında “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçirilmiş qrup mərhələsinin V tur matçını dəyərləndirərkən deyib.
“Hesab edirəm ki, futbolçular FİFA-nın yeni qaydalarından xəbərdar olmalıdırlar. Biri deyir ki, Rəşad Sadıqov sonuncu “ümid folu” kimi rəqibin hücumunun qarşısını alıb. Digəri deyir ki, buna görə qırmızı vərəqə düşmür. Ardıcıl üçüncü oyunda qırmızı vərəqə almaq o deməkdir ki, gərək bu məsələyə diqqətlə yanaşaq.
“Qarabağ”ın oyunu hər yerdə işıqlandırılır. Bu da ölkəmiz üçün çox önəmlidir. İnanıram ki, növbəti illərdə “Qarabağ”dan əlavə, digər klublarımız da Çempionlar Liqasında iştirak edəcəklər”, - E.Məmmədyarov deyib.
““Qarabağ”ın Azərbaycanı təmsil etməsi Ermənistana bir zərbədir?” sualına cavab verən nazir bildirib ki, məsələni siyasiləşdirmək lazım deyil:
“Bu, futboldur. Yenə deyirəm: “Qarabağ”ın oyunu göstərir ki, Azərbaycan futbolu daha da inkişaf edir”.
Oxunub: 1025
Oxşar xəbərlər
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Nazir müavininin kürəkəninin intihar səbəbi bəlli oldu - Təfərrüat
- Nazirlər Kabinetindən ali təhsil müəssisələriylə bağlı QƏRAR
- Nazir Zərdaba gedir
- Nazirliyə 23 mindən çox müraciət daxil olub
- Nazir uşaq ölümündən danışdı
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazir ön xəttdə yoxlama apardı
- Nazirlik əhaliyə müraciət etdi
- Nazir İmişlidə görüş keçirdi