`AMAY Abdulla`nın sevgilisinə AĞIR CƏZA


14:45     23 Noyabr 2017 amay3.jpg

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Üç il azadlıqdan məhrum edilən İ.Baxışova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Akimovanın 12 illik cəzası isə qüvvədə qalıb.

İttihama görə, A. Akimova özünü sahibkarlara Milli Təhlükəsizlik Nazirliyinin məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla vətəndaşların 1 milyon manat pulunu dələduzluq yolu ilə ələ keçirib. İ.Baxışov da onunla əlbir olmaqda ittiham edilir. Cinayət işində biznesmen “A.M.A.Y Abdulla” ləqəbli Abdulla Abdullayev də dindirilib. O, Akimova ilə sevgili olub.

İfadəsində isə Aygünün uşaqlarının atası olmasa da, sadəcə onlara öz soyadını verdiyini deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 2033