Əfqanıstan prezidenti Bakıya gələcək


15:15     23 Noyabr 2017 esref%20qani.jpg

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Bakıya səfər edəcək.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib. Diplomatik mənbənin verdiyi məlumata görə, Əfqanıstanın prezidentinin Bakıya səfəri noyabrın 30-da baş tutacaq.

Məlumata görə, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında iştirak edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 738