Şeyx Rusiyada Qarabağdan danışdı


16:02     23 Noyabr 2017 seyx%2055.jpg

"MDB məkanında sülhə zərər vuran münaqişələr bizi narahat etməyə bilməz".


Femida.az xəbər verir ki, bunu Sankt-Peterburq şəhərində keçirilən "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib.

Şeyx Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanında separatizmin, millətlərarası qarşıdurmanın başlanğıcı olduğunu söyləyib: "Biz Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasını dəstəkləyirik. Moskva və bütün Rusiyanın patriarxı əlahəzrət Kirillə Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində və bu münaqişənin dini müstəviyə keçməməsində göstərdiyi vasitəçiliyi görə minnətdarıq".

Femida.az

Açar sözlər:

Oxunub: 763