Milli Məclisə ayrılan vəsait artırılsın - TƏKLİF
16:37 23 Noyabr 2017
Milli Məclisinin bu gün keçirilən iclasında deputatlar büdcədən parlamentə ayrılan vəsaitin azlığından şikayətləniblər.
Femida.az-ın məlumatına görə, Milli Məclisin 2018-ci il üzrə büdcə müzakirələri zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, parlamentdə 125 deputat var, onlar xarici ölkələrdə təşkilatlarda təmsil olunur. Deputat qeyd edib ki, buna baxmayaraq, Prezident Administrasiyasının saxlanılmasına Milli Məclisdən 4 dəfə artıq vəsait ayrılıb: “Milli Məclis hakimiyyətin müstəqil qoludur. İndi bilmək istəyirəm ki, fərq nə ilə bağlıdır? Onlar daha çox ezamiyyətə gedir, yoxsa necə? Bu qədər fərq çox təəccüblüdür”.
Deputat Zahid Oruc da parlamentə ayrılan vəsaitin azlığından şikayət edib. O qeyd edib ki, parlamentin iclas zalında avadanlıqların yeni texnologiyalarla əvəzlənməsi üçün maliyyə ayrılması lazımdır: “Nazirlər Kabinetinin, Prezident Administrasiyasının sürücüləri Milli Məclisin sürücülərindən çox maaş alır. Xahiş edirəm bizim sürücülər də nəzərə alınsın. Bu fərq aradan qaldırılsın”.
Qeyd edək ki, büdcədən Milli Məclisə 2018-ci ildə 24 232 055 manat vəsait ayrılması nəzərdə tutulub.
Femida.az
Oxunub: 929
Oxşar xəbərlər
- Milli Məclis bu tarixdə toplanır
- Milli Məclis dünya azərbaycanlılarına müraciət ünvanlayıb
- Milli Turizm Təbliğat Bürosu ilə yekun vurdu
- Milli Məclis 25 qanuna dəyişiklikləri təsdiqlədi
- Milli Məclisdə deputatlar arasında gərgin müzakirə - Ordu ilə bağlı
- Milli Məclis toplanır
- Milli Məclisin iclası keçiriləcək - 38 məsələ müzakirə olunacaq
- Milli Məclisin sonuncu iclasının vaxtı məlum oldu
- Milli Məclisin saxlanma xərcləri artırılır
- Milli Məclis toplaşır - Bu gün iclas keçiriləcək