Oqtay Əsədov xanım deputata: `Milli Məclisə nə vaxt daxil olmusunuz?`


16:50     23 Noyabr 2017 oqtay%20esd.jpg

Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında layihənin müzakirəsi zamanı çıxış edən deputat Aytən Mustafayeva parlamentin binasında əlillər üçün pandusların və xüsusi liftlərin yaradılmasını təklif edib.


Femida.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov deputata iraq tutaraq bildirib ki, parlamentin binasında təmirdən sonra bütün şərait yaradılıb:

“Siz 2012-ci ildə yeni təmir olunan Milli Məclisin binasına nə vaxt daxil olmusunuz? Burada əlillər üçün pandus var. Həmçinin lift də fəaliyyət göstərir. Siz seçicilərinizi daha çox çalışdığınız institutda qəbul edirsiniz”.

Femida.az

Açar sözlər:

Oxunub: 854