Hesablama Palatasının saxlanma xərcləri artırılır


17:03     23 Noyabr 2017 hesablama3.jpg

Hesablama Palatasının saxlanma xərcləri 0,8%və ya 29,1 min manat artırılır.


Femida.az-ın məlumatına görə, Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı MM-in "2018-ci il xərclər smetası layihəsi" barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib. O bildirib ki, nəzərdə tutulmuş vəsait 2018-ci ildə ölkə xaricində olmaqla 60 audit tədbirinin həyata keçirilməsi üçün tələb olunur. Bununla yanaşı, Palata üzrə xərclər smetasının ümumi məbləğinin 82%-i əməyin ödənilməsi xərcləri təşkil edir.

V. Gülməmmədov əlavə edib ki, Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.

Qeyd edək ki, qanun layihəsində Hesablama Palatasının xərclər smetası ilə bağlı əməyin ödənişi 3 173 389 manat, Hesablama Palatası işçilərinin əməkhaqqı 1 965 694 manat, ştatdan kənar işçilərin əmək haqqı 45840 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri 580 495 manat, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 570 246 manat, icbari dövlət sığortası 11 114 manat, malların (işlərin və xidmətlərin satın alınması) 545 858 manat, dəftərxana və təsərrüfat xərcləri 20 000 manat, mətbəə xərcləri 21 100 manat, İdarənin xərcləri 12 000 manat, cari təmir 13 500 manat, mühafizə xərcləri 65 883 manat, ölkədaxili ezamiyyələr 80 000 manat, xarici ezamiyyələr 84 500 manat, yanacaq və sürtkü materiallarının alınması 80 255 manat, digər nəqliyyat xidmətləri 48 400 manat, elektrik enerjisi haqqının ödənilməsi 23 100 manat, qaz haqqının ödənilməsi 10 000 manat, su haqqının ödənilməsi 2400 manat, istilik enerjisi (yanacaq) haqqının ödənilməsi 6 000 manat, kanalizasiya xidmətləri haqqının ödənilməsi 2400 manat, digər kommunal xidmətlər haqqının ödənilməsi 8 500 manat, kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər 2 000 manat, ölkədaxili telefon danışıq haqlarının ödənilməsi 18 860 manat, beynəlxalq telefon danışıq haqlarının ödənilməsi 500 manat, poçt xidmətlərinin ödənilməsi 3 200 manat, internet xidməti haqqının ödənilməsi 14 160 manat, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması 500 manat, inventarların alınması 2 000 manat, avadanlığın alınması 4 000 manat, digər alışlar və xidmətlər 22 600 manat, təqaüdlər və sosial müavinətlər 75 631 manat, işsizlərin hazırlığı və ixtisasının artırılması ilə bağlı transferlər 12 731 manat, müavinətlər üzrə ödənişlər 37 900 manat, iş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər 25 000 manat, digər xərclər 22 942 manat, sair xərclər 13 400 manat, bank xərcləri 9 542 manat, qeyri-maliyyə aktivlərinin alınması 34 223 manat, digər maşın və avadanlıqlar 25 000 manat, istehsalda istifadə olunmayan qeyri-maddi aktivlər 9 223 manat səviyyəsində proqnozlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 649