NATO baş katibi: `Biz Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə qərarlıyıq`
17:51 23 Noyabr 2017
"Azərbaycanla NATO arasında əməkdaşlıq potensialın inkişafından enerji təhlükəsizliyinin təmin olunmasına qədər bir çox sahələri əhatə edir".
Femida.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Biz seçdiyimiz bütün sahələrdə işə davam etmək və əməkdaşlığımızı inkişaf etdirməkdə qərarlıyıq", - NATO baş katibi qeyd edib və Azərbaycanı təhlükəsizlik sektorunda islahatlar həyata keçirməyə çağırıb.
Y.Stoltenberq həmçinin Azərbaycan Prezidenti ilə görüş zamanı Cənubi Qafqazda regional təhlükəsizlik məsələsinin müzakirə olunduğunu qeyd edib.
Femida.az
Oxunub: 618
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək