`Qarabağ əlili nazir müavini təyin edilsin` - Deputat


18:08     23 Noyabr 2017 zahid%20or.jpg

“Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və əlillərinə verilən müavinətlər artırılmalıdır”.


Femida.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Zahid Oruc deyib.

O bildirib ki, hazırda I qrup Qarabağ müharibəsi əlilinə 401, II qrup əlillərə isə 290 manat müavinət verilir: “Bu, bizim verdiyimiz qiymətdir. Ermənistanda xüsusi fond yaradılıb və bu fond vasitəsilə müharibədə ölənlərin ailələrinə 20 min dollar, əlil olanlara 10 min dollar vəsait verilir. Bu, indiki kursla təxminən 34 min manat edir. Azərbaycan neft ölkəsidir. Hesab edirəm ki, Azərbaycanın Qarabağ müharibəsi əlillərinin şəraitinin daha da yaxşılaşdırılması üçün imkanları var”.

Millət vəkili əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən birinin Qarabağ müharibəsi əlili olmasını təklif edib.

Femida.az

Açar sözlər:

Oxunub: 3059