`Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur` - Stoltenberq


21:22     23 Noyabr 2017 1444125776_stoltenberg-narushenie-rossiey.jpg

“Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğuran məsələdir”.


Femida.az -ın xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.

Baş katib bildirib ki, bu məsələnin hərbi yolla həllinin olmadığı aydındır: “NATO-nun bu məsələdə birbaşa rolu yoxdur. Biz münaqişənin həllində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyirik. Ermənistan və Azərbaycan dövlət başçıları arasında görüş barədə eşitmək məni ruhlandırdı. Sizi münaqişəni danışıqlar yolu ilə həll etməyə və hər hansı gərginliyin qarşısını almağa təşviq edirəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 623