Bu mallar Gömrük rüsumundan azad edilib
22:40 23 Noyabr 2017
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən dəmiryol lokomotivləri, mühərrikli tramvay vaqonları, dəmiryol nəqliyyat vasitələri və onların hissələri, dəmiryol və tramvay xətləri üçün yol avadanlığı və qurğuları, onların hissələri, o cümlədən bütün növ mexaniki siqnal avadanlıqlarına idxal gömrük rüsumları tətbiq edilməyəcək.
Femida.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Hazırda bu mallara gömrük dəyərlərinin 0,50 faizi həcmində idxal gömrük rüsumu tətbiq edilir.
Femida.az
Oxunub: 572
Oxşar xəbərlər
- Bu yola girənlər DİQQƏT - CƏRİMƏ olunacaqsız
- Bu günə olan HAVA PROQNOZU
- Bu günün hava proqnozu
- Bu şəxslərin maaşı artırıldı
- Bu il vərəmdən ölənlərin sayı azalıb
- Bu gündən 5 günlük tətil başlayır
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
- Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib
- Bu yollarda güclü tıxac var - SİYAHI