Əsgərimizin meyiti Ermənistanla təmas xəttində tapıldı - NAZİRLİYİN MƏLUMATI


21:35     23 Noyabr 2017 azerbaycan_mudafie_nazirliyi_220416_10.jpg

Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.


Bu barədə Femida.az- a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 6484