Qarabağ münaqişəsinə dair `Putin planı` - Zaxarova şərh etdi


23:35     23 Noyabr 2017 zaxarova.jpg

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair "Putin Planı"nın mövcudluğu barədə xəbərləri şərh edib.


Femida.az APA-ya istinadən xəbər verir ki, M. Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib ki, onlar hər zaman hər kəsə xəbərlərə yaradıcı münasibətlə yanaşı, eyni zamanda ilkin mənbəyə istinad etməyi məsləhət görürlər.

"Bu mövzu dəfələrlə şərh olunub. Biz bu səfərləri də dəfələrlə şərh etmişik və bu suallara birmənalı cavab vermişik. Biz hərmişə qoylulan suallara xırda təfərrüatlarına qədər konkret cavab veririk. Bəzən müəlliflərin təxəyyülünü dayandırmaq mümkün olmur. Lakin heç olmasa nəzakət xatirinə bu yazılarda Rusiyanın olduqca aydın və dəqiq olan rəsmi mövqeyini qeyd etmək lazımdır", - deyə o bildirib.

Jurnalistlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son iki həftədə Moskva, Bakı və İrəvanda keçirilən danışıqların yekunlarını şərh etmək barədə xahişinə cavab olaraq M. Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı xüsusi diplomatik aktivlik qısa müddət ərzində baş verməyib: "Bu, daimi işin nəticəsidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya üçün prioritet olaraq qalır. Çünki bu məsələnin bizə dost olan iki ölkəyə, iki xalqa aidiyyəti var. Biz onlarla münasibətləri inkişaf etdiririk və çox istəyirik ki, bu problemli məsələ nəhayət ki, həll olunsun".

Femida.az

Açar sözlər:

Oxunub: 2793