Bakıda qadınlar arasında DAVA
01:00 24 Noyabr 2017
Bakıda qadınlar arasında dava-dalaş olub.
Femida.az Lent.az-a istinadən xəbər verir ki, dünən saat 23:50 radələrində 1958-ci il təvəllüdlü Nəsibə İbrahim qızı Cabbarova və Vəsilə Hidayət qızı Babayeva qarşılıqlı ərizə ilə müraciət edərək bildiriblər ki, aralarında yaranmış münaqişə zəminində qonşuluqda yaşayan Nailə adlı qadın onları döyüb.
Eyni məzmunlu şikayət ərizəsi ilə Səbail rayonu Yüzbəy Mürsəlov küçəsində yaşayan Nailə Mirələm qızı Babaşova da polisə müraciət edib. O deyib ki, dünən saat 18:50 radələrində qonşuluqda yaşayan Vəsilə və Nəsibə adlı qonşuları tərəfindən xuliqanlıq zəminində döyülüb.
Femida.az
Oxunub: 1069
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik