Avropa İttifaqı Ermənistanı `qara siyahı`ya sala bilər


13:18     24 Noyabr 2017 1509283027_1498208768_ai1509277281.jpg

Avropa İttifaqı Ermənistanı dekabrda vergi sığınacağı (ofşor) hesab edilən ölkələrin siyahısına daxil edə bilər.


`Bloomberg`in yaydığı xəbərə görə, bu barədə məlumat Aİ-nin vergitutma məsələləri üzrə xüsusi işçi qrupunun materiallarında əks olunub.

Həmin sənədlərdə qeyd olunur ki, işçi qrupu vergi məsələlərində Aİ ilə əməkdaşlıqdan boyun qaçıran yurisdiksiyaların siyahısını tərtib edir.

Qeyd olunan qara siyahıya Ermənistan, Kuk adaları, Marşal adaları, Panama, Serbiya, Tunis - ümumilikdə 36 ölkənin daxil ediləcəyi gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1033