Dünyanı lərzəyə gətirən “Akula”nın sirri nədir?


19:11     13 Dekabr 2017 e54e65480481.jpg

Rusiyanın 941 “Akula” layihəsinin sualtı gəmiləri dünyanın ən böyük sualtı gəmiləridir, eyni anda 200 hədəfi məhv etmək xüsusiyyəti isə onları eyni zamanda həm də ən qorxunc silah növlərindən birinə çevirir.


Femida.az xəbər verir ki, bu buradə “The National Interest” nəşrinin icmalçısı Kayl Mizokami deyib.

Mizokami bu sinif sualtı gəmilər arasında “Akula”nı “qütb buzunu qırmaq bacarığına malik” gücləndirilmiş gövdəsinə, həmçinin 20 ədəd bərk yanacaqlı ballistik raketlə silahlanması baxımından fərqləndirir.

“P-39 – uzunluğu 53 fut (16 metr) və çəkisi 84 ton olan üçpilləli nəhəng ballistik raketdir. 4480 dəniz mili məsafəsində yerləşən hədəfləri vura bilməyə qadir R-39, Birləşmiş Ştatların istənilən nöqtəsinə zərbə endirə bilər”, - deyə Mizokami yazır.

Bu raket eyni anda hər biri 100 kiloton olan 10 döyüş başlığı daşıya bilir. Bu, eyni anda rəqibə endirilən 200 döyüş başlığı deməkdir. ABŞ istehsalı olan “Traydent” qitələrarası ballistik raketi sovet istehsalı olan R-39-la müqayisədə sadəcə uşaq oyuncağıdır.

Strateji təyinatlı ağır sualtı raket kreyserinin yaradılmasına dair 941 “Akula” layihəsi 1972-ci ildə qəbul edilib. O, ABŞ-ın “Ohayo” tipli ballistik raketlərə malik atom sualtı gəmisinə cavab xarakteri daşıyır.

Layihənin ilk gəmisinin açıq dənizə buraxılması 1980-ci ilə təsadüf edir. 1981-1989-cu illər arasında 6 belə gəmi Sovet ordusuna təhvil verilib.

Qeyd edək ki, “Akula” tipli sualtı gəmilər hələ də dünyada ən böyük gəmi olaraq qalmaqdadır. Onların uzunluğu 172 metrdir.


Femida.az

Açar sözlər:

Oxunub: 8453