ABŞ-ın Rusiyadakı səfiri: “Krım Ukraynanındır”


02:13     14 Dekabr 2017 abdnin-rusya-buyukelcisi-kirim-ukraynanindir_1513185675.jpg

"Ukraynanın ərazi bütövlüyü bərpa olunmadan ABŞ və Rusiya arasında münasibətlərin normallaşması mümkün deyil".



Bu sözləri ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman özünün "Twitter" səhifəsində yazıb.

Səfir "Krım kimindir?" sualına belə cavab verib: "Bu suala beynəlxalq hüquqla tanış olan istənilən şəxs cavab verə bilər. Krım Ukraynanındır. Rusiya-Amerika əlaqələrinin yaxşılaşması üçün Ukraynanın ərazi bütövlüyünün bərpası çox vacibdir".

Açar sözlər:

Oxunub: 1222