Ermənistan Müdafiə Nazirliyinin tankdaşıyıcısı qəza törədib


20:43     14 Dekabr 2017 tank45.jpg

İrəvanda Ermənistan Müdafiə Nazirliyinin tanklarını daşıyan avtomobil transportyoru avtoqəza törədib.


Bu barədə Femida.az “Shamshyan.com” saytına istinadən məlumat verib.

Hadisə dekabrın 13-də baş verib. “Erebuni” Muzeyi yaxınlıqda Ermənistan Müdafiə Nazirliyinin “Hino” markalı tankdaşıyıcısı “Nissan” markalı minik avtomobili ilə toqquşub.

“Nissan” markalı avtomaşının əzilməsinə baxmayaraq, toqquşma nəticəsində zərər çəkənin olmadığı bildirilir.





Femida.az

Açar sözlər:

Oxunub: 1125