Tramp Putinə zəng edib


13:31     15 Dekabr 2017 ec548f5ab66a7dbd25829471eafe296b.jpg

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.


Femida.az xəbər verir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Məlumata görə, tərəflər Suriyadakı vəziyyət və Koreya problemi daxil olmaqla, bir sıra vacib məsələləri müzakirə ediblər.

Təmasların davam etdirilməsinə dair razılıq əldə olunub.

Bundan əvvəl Rusiya və Çin Şimali Koreyanı nüvə sınaqlarına və raket atışlarına moratoriy tətbiq etməyə çağırıb. ABŞ və Cənubi Koreyaya isə bölgədə təlimlərə son qoyulmasına dair çağırış edilib. Vaşinqton bu təşəbbüsə əhəmiyyət verməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 765