NATO Azərbaycanın bu addımını alqışladı
14:17 15 Dekabr 2017
NATO Azərbaycana Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına hərbi kontingentlə göstərdiyi dəstəyə, eləcə də maliyyə dəstəyinə və tranzit imkanlarının təqdim edilməsinə görə minnətdarlığını bildirir.
Femida.az xəbər verir ki, bunu Trend-ə və Azernews-a müsahibəsində NATO-nun rəsmi nümayəndəsi deyib.
Rəsmi nümayəndə bildirib: “Biz müttəfiqlərimiz və tərəfdarlarımız, o cümlədən Azərbaycan tərəfindən gücləndirilmiş dəstəyi alqışlayırıq. Bu, Əfqanıstanda sülhün təmin olunması ilə bağlı məqsədimiz üçün böyük əhəmiyyət daşıyır”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-ü Brüssledə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.
İclas zamanı qeyd olunub ki, Azərbaycan Əfqanıstanda sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə iqtisadi və digər sahələrdə əməkdaşlığını davam etdirir.
Femida.az
Oxunub: 2357
Oxşar xəbərlər
- NATO-nun rəsmi himni qəbul edildi
- NATO baş katibinin səlahiyyət müddəti 2 il uzadılıb
- NATO Azərbaycan hərbçilərinə təlim keçir
- NATO-nun nümayəndə heyəti Bakıya gəlib
- NATO Türkiyədən üzr istədi
- NATO PA-nın seminarında Qarabağ təxribatı
- NATO Əfqanıstandakı əsgərlərin sayını artıracaq
- NATO-nun xüsusi nümayəndəsi İlham Əliyevin qəbulunda
- NATO Baş Katibinin xüsusi nümayəndəsi Bakıya gəlir
- NATO hərbçisi terrorun qurbanı oldu