Nazirlik əməkdaşının məhkəməsi başlayıb


14:23     15 Dekabr 2017 1398947325_mehkeme.jpg

Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim Samirə Mansurova və Təhsil Nazirliyinin keçmiş əməkdaşı Aytəkin Bağırovanın apellyasiya məhkəməsi başlayıb.


Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə hər iki qadının anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 28-ə təyin edilib.

Qeyd edək ki , hər iki şəxs vətəndaşlardan işə düzəltmək adı ilə 60 min manat alaraq mənimsəməkdə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Mansurova 8 il, A.Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan A.Bağırova məhkəmə zalında həbs edilib.

Adıçəkilən şəxslər hökmdən apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, ittihama görə, Samirə Mansurova 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr işləyib, Aytəkin Bağırova isə 2007-2010-cı illərdə Təhsil Nazirliyində məsul vəzifədə işləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 843