`Bizi Azərbaycandan zəif olmaqda ittiham edirlər` - Sarkisyan


14:48     15 Dekabr 2017 sarkisyan2.jpg

Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin hərbləşdirilmiş dövlətə çevrilməsi barədə bəyanatdan narahat olmadığını bildirib.


Femida.az xəbər verir ki, bu barədə Sarkisyan “Armeniya” telekanalına müsahibəsində deyib.

“Biz bunu etməyə məcburuq. Bir tərəfdən bizi Azərbaycandan zəif olmaqda ittiham edirlər, digər tərəfdən hərbləşməkdən danışırlar. Biz təhlükəsizlik məsələlərimizi həll etmək imkanı verəcək addımı atmağa məcburuq. Aprel (Aprel döyüşünü nəzərdə tutur-red) göstərdi ki, biz bundan artıq etməmişik”, - deyə Ermənistan prezidenti vurğulayıb.

Hərbi xidmətdən möhlət hüququnun ləğv olunmasından danışan Sarkisyan zamanın dəyişdiyini vurğulayıb: “Zaman dəyişir, bizim hərəkətlərimizin məntiqi dəyişir. Möhlət hüququ ləğv olunmayıb, onun fəlsəfəsi, məntiqi dəyişilib”.

Femida.az

Açar sözlər:

Oxunub: 2464