Cəriməsi olanlar sürücülük vəsiqəsini dəyişə bilməyəcək - Qanun dəyişir


16:10     15 Dekabr 2017 qadin%20surucu.jpg


Xəbər veridiymiz kimi bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.İclasın gündəliyinə 39 məsələ daxil edilib.


Femida.az xəbər verir ki, "Yol hərəkəti haqqında" Qanuna maraqlı dəyişikliklər edilir.


Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov yeni dəyişikliyi Femida.az -a şərh edərkən bildirib ki, cəriməsi olanlar sürücülük vəsiqəsini dəyişə bilməyəcək.





“Ən əsas yenilik odur ki, bu dəyişiklik qüvvəyə mindikdən sonra avtomobilini qeydiyyatdan keçirərkən (o cümlədən addan-ada keçirdərkən), texniki baxışdan keçirdərkən və sürücülük vəsiqəsini dəyişərkən şəxsin yol hərəkəti qaydalarını pozmaya görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilməmiş həmin hərəkətlər edilməyəcək. Yəni qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək, sürücülük vəsiqəsi dəyişdirilməyəcək.Ona görə də qaydaları pozmayın, pozduqda da cəriməni vaxtında ödəyin ki, sonra yeni problem çıxmasın”, deyə ekspert bildirib.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1601