Bakıda gəlin toy günü zəhərlənib
18:29 15 Dekabr 2017
Bakıda bədbəxt hadisə baş verib. Gəlin toy günü dəm qazından zəhərlənib.
Femida.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Məhəbbət İbrahimova bildirib. Onun sözlərinə görə, hadisə dekabr ayında qeydə alınıb:
"Xəstə gecə saatlarında təcili yardımla toksikoloji mərkəzin qəbul şöbəsinə gətirilib. Dəm qazından zəhərlənmə halı ilə gələn xəstə koma vəziyyətində olub. Həkimlərin səyləri nəticəsində xəstəni vəziyyətdən çıxartmaq mümkün olub. Hadisə hamamda qaz sızması nəticəsində baş verib. Xəstə gecə xəstəxanada qalıb, səhər xəstəxanadan toyuna gedib".
Səhiyyə Nazirliyinin baş taksikoloqu Azər Maqsudov bildirib ki, 2016-cı illə müqayisədə dəm qazından zəhərlənmələr azalıb:
“Ötən il ilə müqayisədə bu il dəm qazından zəhərlənmə ilə müraciət edənlərin sayının azalmasında KİV-nin maarifləndirmə tədbirlərinin əhəmiyyəti çoxdur. 2016-cı ildə toksikoloji mərkəzə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilib. Amma aparılan təbliğat nəticəsində 2017-ci ildə bu rəqəm 207 nəfər olaraq qeyd olunub. Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olan xəstələrədən 1 nəfər ölüb. Ötən il isə heç bir ölüm halları qeydə alınmayıb".
Femida.az
Oxunub: 1596
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik