Allahverdi Bağırovun rus qadından olan oğlu illər sonra gizlinləri açdı - VİDEO


19:25     15 Dekabr 2017 Allahverdi-Bagirovun-o]lu-zvision-photos1--(4)_1513319969.jpg

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun yeganə oğul övladı olan Elşən Bağırov AzVision.az saytına müsahibə verib.Müsahibədə maraqlı məqamlardan biri Allahverdi Bağırovun hansı şəraitdə və necə şəhid olması ilə bağlıdır.


...Sizə bir məqamı deyim, özünüz nəticə çıxarın. Biz hücuma keçməklə bağlı xeyli müddət əmr gözlədik. Əmr verilən kimi hücuma keçdik. Qarşımızda bir minatəmizləyən maşın, onun arxasınca iki “T-72” tankı gedirdi. Daha sonra isə əsgərlərimiz hücuma keçirdilər. Həmin yolu 3 hərbi texnika vahidi, ardınca “Qaz-66” markalı maşın keçdi. Dəqiq yadımdadır ki, həmin maşını Bəylər Bəylərov idarə edirdi. Maşının sol təkəri minaya düşdü. O boyda, o ağırlıqda maşını mina yolun qırağına atdı. Maşının içərisində arxa tərəfdə iki nəfər vardı, “AQS-17” tipli qumbaraatanla gedirdilər. Onlar “kantuziya” aldılar. Nizami adlı həkimimiz də “Qaz-66”da minaya düşmüşdü. Döyüşdən sonra atamgil “UAZ”-la qayıdan zaman həmin partlamış maşının yanında saxladılar. Atam deyib ki, “Balaca bir minaya baxın, görün, bu böyüklükdə maşını külə döndərib”. Elə bu sözü deyib tərpənəndə atamın da maşını minaya düşüb. Mina sol tərəfdə partlamışdı. Dalğa atamı maşından kənara atmış, sonra maşın atamın üstünə aşmışdı. Atam elə də ağır yaralanmamışdı. Başının arxasından balaca bir yara alımışdı, bir də qolunun dərisi sıyrılmışdı. Yəqin ki, maşının altından çıxmaq istəyirmiş. Mən elə başa düşürəm ki, atam o yaralardan heç vaxt ölə bilməzdi...


Müsahibəni tam şəkildə aşağıdakı videodan izləyə bilərsiniz:





Femida.az

Açar sözlər:

Oxunub: 8649


Oxşar xəbərlər