Güclü yanğın, 25 nəfər təxliyə edilib


19:46     15 Dekabr 2017 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-640.jpg

Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verib.


Femida.az FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 55 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 17 m2 sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 743