Toy gecəsi tanışını baltalayana hökm oxundu


19:55     15 Dekabr 2017 balta_esas_54.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində toyda mübahisə etdiyi şəxsi baltalayaraq öldürməkdə təqsirləndirilən Maarif Alxazova hökm oxunub.

Femida.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə M.Alxazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətlə yetirilən şəxs Vətən Əhmədovdur. Hadisə Quba rayonunda toy məclisindən sonra baş verib. Tərəflər toy məclisində əvvəl mübahisə ediblər. Sonra Maarif evə yollanıb. V.Əhmədov isə sərxoş vəziyyətdə onun evinə gələrək Maarifi küçəyə çıxarıb və orada söyərək təhqir edib. M.Alxazov Vətəni baltalayaraq öldürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1111