Türkiyəyə qadın satan Arifəyə hökm oxundu


21:21     15 Dekabr 2017 qadin%20ogurluq.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Arifə Abbaszadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Abbassazdə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, A. Abbaszadə Azərbaycan vətəndaşı olan qadını aldadaraq, Türkiyəyə aparıb. Ona qarşı Cinayət Məcəlləsinin 144-1.1. (İnsan alveri, yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2477