Dövlət qulluğunda işləmək şansı - Vakant vəzifələr
21:32 15 Dekabr 2017
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 dekabrdan 8 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.
DİM-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Energetika Nazirliyi və Dövlət Statistika Komitəsi) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli təşkilatlarındadır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları sənədlərini 15 dekabrdan 2018-ci il 4 yanvar saat 18:00-dək DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.
Ümumi müsahibəyə dair ətraflı məlumat Mərkəzin rəsmi internet saytında (www.dim.gov.az) verilib.
Femida.az
Oxunub: 809
Oxşar xəbərlər
- Dövlət obyektləri internetdə satılacaq
- Dövlət bağçaları ilə bağlı yeni qaydalar təsdiqləndi
- Dövlət Agentliyinin rəhbərliyi formalaşdırıldı
- Dövlət başçıları İlham Əliyevi təbrik edir
- Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - İMTAHAN OLACAQ
- Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - VƏZİFƏLƏR
- Dövlət Xidmətindən fermerlərə - Xəbərdarlıq
- Dövlət İmtahan Mərkəzinin elektron xidmətləri dayandırılır