İdxal edilən uçuş aparatları vergidən azad olunur


22:18     15 Dekabr 2017 milli%20mec36.jpg

Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur.


Femida.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən pelnar iclasında Vergi Məcəlləsində dəyişiklik müzakirə olunub.

Belə ki, məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə yeni-164.1.38-ci bəndi əlavə edilir.

Bu bənd mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 614