İlham Əliyev Nursultan Nazarbayevi təbrik etdi
22:19 15 Dekabr 2017
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.
Femida.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Nursultan Abişeviç, Qazaxıstan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Qardaş Qazaxıstan dövlətçiliyin möhkəmləndirilməsində, sosial-iqtisadi və humanitar sahələrdə mühüm uğurlar qazanmış, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilmişdir.
İnanıram ki, ortaq tarixi keçmişə və milli-mənəvi dəyərlərə malik xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Qazaxıstan dövlətlərarası münasibətləri, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dostluq və tərəfdaşlığımız bundan sonra da birgə səylərimizlə inkişaf edəcəkdir.
Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqına daim sülh və rifah diləyirəm".
Femida.az
Oxunub: 451
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir