Bu ölkədə yanvarın 1-dən marixuana leqallaşdırılır


23:49     15 Dekabr 2017 marijuana-buds.jpg

Danimarkada 1 yanvar 2018-ci ildən həkimlər tibbi məqsədlərlə xəstələr üçün marixuna və həşiş maddələrini reseptə yazmaq imkanı əldə edəcəklər.


Femida.az Trend-ə istinadən xəbər verir ki, Danimarka Səhiyyə Nazirliyi tibbi marixuananın leqallaşması üzrə eksperimental proqramı təsdiqləyib.

Proqram 4 il müddətinə nəzərdə tutulub. Bildirilir ki, müddət başa çatdıqdan sonra bu proqramın uzadılması barədə qərar qəbul edilə bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 1096