83 cinayət faktı qeydə alınıb


01:00     16 Dekabr 2017 cinayet%20bicaqlanma84.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 83 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 21 nəfər tutularaq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 893