Binəqədi əhalisi yollarda qalıb - Avtobuslar 45 dəqiqəlik yolu 2 saata gedir
02:57 16 Dekabr 2017
Aylardır Binəqədi şossesi təmirə dayanıb.
Femida.az Bakupost.az-a istinadən xəbər verir ki, yolda gedən təmir işləri səbəbindən avtobuslar dolanbac və uzun yollarla 45 dəqiqəlik yolu 1 saat 30 dəqiqəyə, bəzən daha çox müddətə qət edir, dayanacaqlara vaxtında gəlmir. Yolun noyabrın sonu təhvil veriləcəyi ilə bağlı vədlər verilsə də, dekabrın 7-dən etibarən Binəqədi şossesinin 4 yol ayrıcı olan və Rəsulzadə qəsəbəsindən Azadlıq metrosuna kimi olan hissəsi də tamamilə bağlanıb.
Digər yol istifadəyə verilmədən, bu yola da asfalt çəkilməyə başlanılması əhalini sözün əsl mənasında yollarda qoyub. Belə ki, Azadlıq metrosuna kimi gedən avtobuslar sərnişinləri dördyoldakı körpünün altında boşaldır. İnsanlar metroya kimi olan kilometrlərlə yolu piyada getməli olur. Həmçinin geri qayıdarkən də qayıtmağa avtobus tapılmır. Digər şəhərdaxili marşrutlar isə 20 yanvar yolu ilə gedərək, 1 saata "Vorovskiy" dairəsi deyilən yerə çatır, oradan Azadlıq prospekti ilə marşruta davam edir.
Femida.az
Oxunub: 1169
Oxşar xəbərlər
- Binəqədinin bu küçəsində yol bağlanır
- Binəqədi yolu müvəqqəti bağlandı
- Binəqədi şosesində hərəkət məhdudlaşdırılır
- Binəqədi sakinlərinə ŞAD XƏBƏR
- Binəqədi şossesi asfaltlanır - VİDEO
- Binəqədidəki yanğında təqsirləndirilənlərin şikayəti təmin edilmədi
- Binəqədidə ikimərtəbəli ev yandı
- Binəqədidə evləri talayan qardaşlar ələ keçdi
- Binəqədi qışa hazırlaşır
- Binəqədi yolunda iş sürətləndirildi