`Qüdsü itirsək, Mədinəni də qoruya bilməyəcəyik` - Ərdoğan


03:45     16 Dekabr 2017 1451681005_erdogan7.jpg

Qüdsün itirilməsi Mədinə ilə Məkkənin itirilməsinə gətirib çıxara bilər.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxış edərkən bəyan edib.

“Qüdsü itirsək, Mədinəni də qoruya bilməyəcəyik. Mədinə getsə, Məkkə və Kəbəni də itirəcəyik. Bizə daim hücum edilir, çünki biz qüdrətli Türkiyə qururuq”, - deyə Ərdoğan bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 886


Oxşar xəbərlər