Astarada əməliyyat - Narkotik vasitələr aşkarlandı
15:31 16 Dekabr 2017
Astara polisi evində 2 kq-a yaxın narkotik vasitə saxlayan şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Zaur Hüseynov saxlanılıb.
Polis Şöbəsində baxış zamanı onun üzərindən narkotik vasitə olan 35 qram çəkidə tiryək aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Evə baxış zamanı selofan bağlamada gizlədilmiş 1 kq 900 qram çəkidə narkotik vasitə aşkar olunaraq götürülüb. Saxlanılan şəxsin üzərindən və evdən götürülən, ekepertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 1 kiloqram 935 qram tiryək olması barədə rəy verilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan Z.Hüseynov narkotik vasitəni tanımadığı İran vətəndaşı olan Rza adlı şəxsdən aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Femida.az
Oxunub: 475
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək