Bulud, çiskin, külək... - Sabahın havası


15:57     16 Dekabr 2017 baki-tarqovi-gozel-payiz-yagish-yagir_1_1511773135.jpg

Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, gün ərzində arabir çiskinli olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Femida.az-a verilən məlumatına görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, dekabrın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 819


Oxşar xəbərlər