“AMAY”da intihara cəhd - Pulu mənimsənilib


15:58     16 Dekabr 2017 amay0.jpg

Bakıda ticarət mərkəzində intihara cəhd olub.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11.00 radələrində “AMAY” Ticarət Mərkəzində qeydə alınıb. Naməlum kişi ticarət mərkəzinin damına çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onu fikrindən daşındıra bilib. İntihar etmək istəyən şəxs Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə təhvil verilib.

Polisdən bildirilib ki, hazırda intihara cəhd edən şəxsin izahatı alınır. İlkin məlumata görə, həmin şəxs 93 min manat pulunun mənimsənildiyi üçün intihar etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1167


Oxşar xəbərlər