8 yaşlı uşaq faciəvi şəkildə ölüb


16:19     16 Dekabr 2017 usaq%20oldu1.jpg

Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.

Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2794