Sabiq baş nazirin oğlu evində ölü tapılıb


17:16     16 Dekabr 2017 yilmaz.jpg

Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu, Yavuz Yılmaz evində ölü tapılıb.


Femida.az xəbər verir ki, evində silahla vurulmuş halda tapılan 38 yaşlı Yavuz Yılmazın intihar etdiyi ehtimal olunur.

Polis hadisə yerində araşdırma aparır. Hazırda ABŞ-da olan M. Yılmazın oğlunun ölüm xəbərini aldıqdan sonra təcili Türkiyəyə dönəcəyi bildirilir.

Qeyd edək ki, Y. Yılmazın qardaşı Emir Hasan Yılmazla birgə şirkət sahibi olub.

Y. Yılmaz teleaparıcı Neşe Sapmazla evlənib, 3 il sonra onlar ayrılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 2711