Putin Nazarbayevi təbrik etdi


17:27     16 Dekabr 2017 nazarbayev4.jpg

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qazaxıstan lideri Nursultan Nazarbayevə Qazaxıstanın Müstəqillik günü münasibətilə təbrik teleqramı göndərib.


Femida.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya dövlətinin rəhbəri Qazaxıstanın iqtisadi, sosial və elmi-texniki sahələrdə əldə etdiyi nailiyyətləri, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünya arenasında ölkənin yüksək nüfuzunu və beynəlxalq problemlərin həllinə verdiyi mühüm töhfəsini qeyd edib”, - məlumatda bildirilir.

Putin, həmçinin, Rusiya-Qazaxıstan münasibətlərinin ikitərəfli dostluq, yoldaşlıq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan uğurlu inkişafını yüksək qiymətləndirib.

Rusiyanın Baş naziri Dmitri Medvedyev də Qazaxıstan Baş naziri Bakıtjan Saqintayevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Femida.az

Açar sözlər:

Oxunub: 753