Elşad Abdulayevin qardaşı işdən çıxarıldı


22:26     27 Oktyabr 2015 Zz2HGPSj4xN5.jpg

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdulayevin qardaşı işdən qovulub.


Femida.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Elsevər Abdullayev xidməti və icra intizamının kobud pozuntusu hallarına yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, Elsevər Abdullayev ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşıdır.

Açar sözlər:

Oxunub: 1029